Sander van der Eyk "Sabah"dan əvvəl Azərbaycan millisinin oyununu idarə edib
Far.Az xəbər saytı

Sander van der Eyk "Sabah"dan əvvəl Azərbaycan millisinin oyununu idarə edib


UEFA Çempionlar Liqasının "Vikinq" - "Sabah" oyununu idarə edəcək niderlandlı hakim Sander van der Eyk daha əvvəl Azərbaycan millisinin matçında söz sahibi olub.

"Far.Az"un məlumatına görə, 35 yaşlı FIFA referisi yığmanın DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya uduzduğu matça təyinat alıb.

Ədalət təmsilçisi 2025-ci ilin sentyabrında gerçəkləşən görüşdə hazırda "Sabah"da çıxış edən Rəhman Daşdəmirov və Abbas Hüseynovu sarı vərəqə ilə cazalandırıb. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Niderlandlı hakim karyerası ərzində UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələsinin qarşılaşmalarında ədaləti qoruyub.

Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər