"Atletiko" İspaniya Kubokunun yarımfinalında "Barselona"nı darmadağın edib
Far.Az xəbər saytı

"Atletiko" İspaniya Kubokunun yarımfinalında "Barselona"nı darmadağın edib


Madridin "Atletiko" klubu futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Barselona"nı darmadağın edib.

"Far.Az"un məlumatına görə, Madridin "Sivitas Metropolitano" stadionunda keçirilən qarşılaşma 4:0 hesabı ilə başa çatıb.

Yeddinci dəqiqədə qonaqların müdafiəçisi Erik Qarsiya öz qapısına qol vurub. 14-cü dəqiqədə hücumçu Antuan Qrizman "Atletiko"nun üstünlüyünü möhkəmləndirib. 33-cü dəqiqədə Ademola Lukman hesabı darmadağın səviyyəsinə çatdırıb. Birinci hissəyə əlavə olunmuş vaxtda isə forvard Xulian Alvares Madrid komandasının dördüncü qoluna imza atıb.

İkinci hissənin əvvəlində "Barselona"nın müdafiəçisi Pau Kubarsi qol vursa da, VAR baxışından sonra həmin qol ləğv edilib. 86-cı dəqiqədə Erik Qarsiya qırmızı vərəqə alaraq meydandan qovulub.

Cavab oyunu martın 3-də keçiriləcək. Qarşılaşma Barselonadakı "Kamp Nou" stadionunda baş tutacaq.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər