"Göyərçin"in ətrafındakı ağaclar quru imiş... - AÇIQLAMA
Far.Az xəbər saytı

"Göyərçin"in ətrafındakı ağaclar quru imiş... - AÇIQLAMA


Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhər ərazisində yerləşən Nəsimi adına parkda aparılan yaşıllaşdırma və abadlıq tədbirləri çərçivəsində Yaşıllaşdırma İdarəsi tərəfindən quru və güclü külək nəticəsində qəzalı vəziyyətə düşmüş, təhlükə yaradan ağacların kəsilməsi həyata keçirilib.

Far.Az xəbər verir ki, sözügedən işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə aparılan baxış və verilmiş müvafiq rəy əsasında icra olunub.

Məlumatda vurğulanıb ki, görülən tədbirlər park ərazisində ekoloji tarazlığın qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və yaşıllıq sahələrinin sağlamlaşdırılması məqsədi daşıyır.

Eyni zamanda bildirilib ki, kəsilən ağacların əvəzinin bərpası məqsədilə sözügedən sözügedən ərazidə 300-ə yaxın yeni ağac əkilmişdir.

***10:50

Sumqayıt şəhərində ağac kəsilmə faktı üzə prosessual araşdırma aparılır.

DİN Mətbuat Xidmətindən Far.Az-ə bildirilib ki, şəhər ərazisində yaşıllıq sahədə ağacların kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib.

Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcəkdir.

***10:16

Sumqayıt şəhərində yerləşən Göyərçin abidəsinin ətrafındakı yaşıllıq zolağında ağaclar kəsilir.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, kadrlar dünən lentə alınıb. Lakin, hazırda da həmin ərazidə ağacların kəsilməsi prosesi davam edir.

Görüntülərdə abidənin ətrafındakı ağaclıq sahədə kəsim işlərinin aparıldığı əks olunub.

Sözügedən kadrları təqdim edirik:

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər