SOCAR III rübdə 1,7 milyon tondan çox neft hasil edib
Bu ilin iyul-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 717 min 082 ton neft hasil edib.
"Report" xəbər verir ki, bu barədə SOCAR-ın 2026-cı ilin III rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Bu, 2025-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 93 min 050 ton və ya 5,1 % azdır.
Ümumilikdə isə, üçüncü rübdə Azərbaycanda 6 milyon 590 min 477 ton xam neft hasil olunub. Bu da bir il öncəki göstərici ilə müqayisədə 389 min 044 ton və ya 5,6 % azdır.
Xatırladaq ki, ötən ilin iyul-sentyabr aylarında SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarından 1 milyon 810 min 132 ton, ölkə üzrə isə 6 milyon 979 min 521 ton xam neft hasil olunub.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
SOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Beş tondan artıq narkotik vasitə məhv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu













