Vətəndaşlara yüzminlərlə manat ziyan vuran idman müəlliminə hökm oxundu
Far.Az xəbər saytı

Vətəndaşlara yüzminlərlə manat ziyan vuran idman müəlliminə hökm oxundu


Mingəçevir şəhərində sakinlərin inamından sui-istifadə etməklə onlara böyük həcmdə maddi zərər yetirməkdə günahlandırılan 59 yaşlı Rasim Həsənov barəsində məhkəmə hökmü elan olunub.

Far.Az xəbər verir ki, "Qafqazinfo"nun yaydığı informasiyaya əsasən, Mingəçevir şəhərində yerləşən 11 nömrəli tam orta məktəbdə fiziki tərbiyə fənnini tədris edərkən dələduzluq əməlləri həyata keçirmiş şəxsin məhkəmə prosesi yekunlaşıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsi üzrə təqsirkar hesab edilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İstintaq zamanı üzə çıxıb ki, orta məktəb müəllimi beş vətəndaşa torpaq sahələrinin satışı, qeyri-yaşayış obyektlərinin onların adına sənədləşdirilməsi və qanunsuz özəlləşdirməyə kömək edəcəyi barədə yalan vədlər verib. Nəticədə o, zərərçəkənlərin ümumilikdə 214 min manat vəsaitini mənimsəyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər