ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Far.Az xəbər saytı

ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib


ABŞ və İran hakimiyyətləri müvəqqəti sülh razılaşmasına nail olmaq məqsədilə İranın nüvə proqramı və dondurulmuş aktivləri ilə bağlı qarşılıqlı güzəştlərə gediblər.

"Far.Az" xəbər verir ki, bu barədə "Əl-Ərəbi əl-Cədid" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Qətər nümayəndə heyətinin bazar ertəsi Tehrana çatdırdığı təkliflə razılaşıb. Ehtimal olunur ki, Tehran nüvə proqramı üzrə güzəştlərə getməyə razı olduğunu elan edəcək, ABŞ isə eyni vaxtda İranın xarici aktivlərinin bir hissəsini blokdan çıxaracaq.

Bazar ertəsi baş nazirin müşaviri və xarici işlər nazirinin rəhbərlik etdiyi Qətər nümayəndə heyəti danışıqlar üçün Tehrana səfər edib. Bu, Dohanın ABŞ və İranın mövqelərini yaxınlaşdırmaq və müharibənin dayandırılması barədə razılaşma əldə etmək səyləri çərçivəsində nümayəndə heyətinin bir həftə ərzindəki üçüncü səfəri olub.

Mənbələr qeyd ediblər ki, vasitəçilər Fars körfəzinin bir sıra ölkələrini təkliflərlə tanış ediblər. Onların sözlərinə görə, təşəbbüs Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəyini qazanıb.

Hazırda razılaşmanın ilkin mərhələsi və müvəqqəti sazişin elan olunması qaydası müzakirə edilir. Variantlardan birinə əsasən, Vaşinqton və Tehran qarşılıqlı güzəştlərə getdiklərini eyni vaxtda bəyan edəcək, bundan sonra isə danışıqları davam etdirəcəklər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Türkiyəli məşhurların illər ərzindəki dəyişimi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər