Bakıda 16 yaşadək cüdoçular arasında "İstedadların seçimi" turniri start götürüb
Bakıda 16 yaşadək cüdoçular arasında "İstedadların seçimi" turniri start götürüb.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə 187 cüdoçu mübarizəyə qoşulub.
Qızlar 40, 48, 57, 70 kq, oğlanlar isə 50, 60, 73, və 90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
Qızlar
40 kq
1. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Zəhra İsmayılova (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Əsnad Əzimova (Elxan İK)
48 kq
1. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Zəhra Feyzullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Fatimə Muradlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM), Rahilə Rzalı (Sərhədçi İM)
57 kq
1. Zöhrə Ağazadə (Neftçi İK)
2. Aysu Mədətli (Mingəçevir UGİM)
3. Aytən Səmədli (Mingəçevir UGİM)
70 kq
1. Dəniz Əlizadə (Sumqayıt OİK)
2. Sümeyya İsmayılova (Qəbələ İK şəhər)
3. İmamə Rəcəbli (Boz Oğuz İK)
Oğlanlar
50 kq
1. Aqil Nağıyev (RKİM)
2. Fərid Rzazadə (Pirşağı-Kürdəxanı İK)
3. Aqşin Oruclu (Azəri İSM Sumqayıt), Hüseyn Heydərli (Sərhədçi İM)
60 kq
1. Ayxan Abbaszadə (Goranboy UGİM)
2. Yusif Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ), Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
73 kq
1. Tuncay Ağazadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Ayxan Qasımov (Neftçi İK)
3. Hüseyn Hüseynov (Gəncə şəhəri 1 nömrəli UGİŞM), Ruhid Quluzadə (Judo Club 2020 İK)
90 kq
1. Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Kamran Hacıyev (Neftçi İK)
3. Valeh Sadıqlı (Yevlax), Məhəmməd Məmmədli (Neftçi İK)
Qeyd edək ki, "İstedadların seçimi" turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.
2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
17 yaşadək cüdoçular arasında "İstedadların seçimi" turnirinin I turu başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi
-
Prezident: Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub
-
Serbiyanın XİN başçısı Balkanların Avropada sabitliyin sütunlarından biri ola biləcəyini düşünür
-
İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
-
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?













