Nazir: "Qızılın bahalaşması ARDNF-ə böyük qazanc gətirib"
Əmtəə birjasında qızılın bahalaşması Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) böyük qazanc gətirib.
"Far.Az" xəbər verir ki, bunu Maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, digər tərfədən, qızılın qiyməti ilə bağlı rəqəmləri heç kəs əvvəlcədən dəqiq proqnozlaşdıra bilməz: "Heç kim iki il əvvəl proqnozlaşdıra bilməzdi ki, qızılın qiyməti 1 unsiya üçün 5 500 ABŞ dollarına çatacaq, daha sonra isə bu ilin əvvəlində həmin səviyyəyə yüksəldikdən sonra bu gün 3 800 dollara düşəcək. Yəni bunu da heç kim 100 % dəqiqliklə proqnozlaşdıra bilməz. Müəyyən dövrlər üzrə proqnozlaşdırma aparılır və uğurlu nəticələr əldə etdikdə bu proqnozlardan istifadə edirik. Bu baxımdan, çox müdrik qərar qəbul edilib. Qızılın qiyməti 1 unsiya üşün 5 000 dolları keçdikdən sonra ARDNF müəyyən həcmdə satışlara başladı. Bunun nəticəsində ARDNF kifayət qədər böyük qazanc əldə edib".
Nazir qeyd edib ki, əslində, Fond qızıl üzrə qazancını reallaşdırıb: "Əgər qızılın qiymətinin 3 800 dollardan da aşağı düşəcəyinə əmin olsaydıq, bəlkə də qalan qızılı da satardıq. Amma buna əmin deyildik. Çünki bilirik ki, altı ay və ya bir il sonra növbəti geosiyasi münaqişə zamanı qızılın qiyməti yenidən arta bilər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb













