"Kəngərli" firmasına məxsus bazarda ANTİSANİTAR DURUM - İstehsal prosesi dayandırıldı
Far.Az xəbər saytı

"Kəngərli" firmasına məxsus bazarda ANTİSANİTAR DURUM - İstehsal prosesi dayandırıldı


Bakı şəhərinin Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, M.Şərifli küçəsində yerləşən "Kəngərli" firmasına məxsus bazarda monitorinq həyata keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, aparılan yoxlama tədbirləri nəticəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya norma və qaydalarının tələblərinə riayət olunmadığı üzə çıxıb.

Müəyyən edilib ki, bazar daxilində zəruri təmizlik işləri görülmür və obyektdə antisanitar şərait hökm sürür. Bununla yanaşı, satışa təqdim olunan balıq məhsullarının bir hissəsinin soyuducu avadanlıqlardan kənarda saxlandığı müşahidə edilib.

Araşdırma zamanı bazarda fəaliyyət göstərən unlu qənnadı məmulatlarının istehsalı sexinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi də məlum olub.

Obyektin dondurucu kameralarına baxış keçirilərkən baytarlıq ekspertizasını təsdiq edən sənədləri olmayan, ümumi çəkisi 30 kq təşkil edən hindquşu əti və hissələri aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı sahibkarlıq subyekti barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib. Unlu qənnadı məmulatlarının emalı sahəsindəki nöqsanlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb, sənədləri olmayan məhsullar isə satış dövriyyəsindən kənarlaşdırılıb.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər