İspaniya Nəqliyyat Nazirliyinə müvəqqəti olaraq iqtisadiyyat naziri rəhbərlik edəcək
Far.Az xəbər saytı

İspaniya Nəqliyyat Nazirliyinə müvəqqəti olaraq iqtisadiyyat naziri rəhbərlik edəcək


İspaniyanın iqtisadiyyat naziri və baş nazirin müavini Karlos Kuerpo 115 nəfərin ölümü ilə nəticələnən iki dəmir yolu qəzasından sonra istefa verən Oskar Puenteni əvəzləyərək müvəqqəti olaraq Nəqliyyat Nazirliyinə rəhbərlik edəcək.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu İspaniyanın Baş naziri Pedro Sançes televiziya ilə müraciətində açıqlayıb.

Hökumət başçısı Puentenin qərarını yüksək qiymətləndirərək bunun ölkənin dəmir yolu sisteminə inamın bərpasına kömək edəcəyini qeyd edib.

Puente noyabrın 3-ü axşam saatlarında müvəqqəti parlament orqanında dörd saat davam edən gərgin dinləmələrdən sonra vəzifədən getdiyini elan edib. Partiyaların əksəriyyəti ondan bu il baş vermiş iki dəmir yolu qəzasına görə məsuliyyət daşımağı tələb ediblər.

İstefa rəsmi qaydada dərc olunduqdan sonra qüvvəyə minəcək. Puente həmçinin 29 noyabr seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər