Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılıb.
Far.Az xəbər verir ki, tədrisin ilk günündə idarə müdiri Sənan Mənsimli məktəbdə olub, dərs prosesini izləyib. İdarə müdiri sinif otaqlarında aparılan dərslərlə tanış olub, müəllim və şagirdlərlə söhbət apararaq onların tədris prosesi ilə bağlı fikir və təkliflərini dinləyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Məktəb binası işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində inşa olunub. Təhsil müəssisəsində 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana və muzey fəaliyyət göstərir.
Bununla yanaşı, məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik akt zalı, iki qapalı idman zalı, həmçinin açıq havada futbol və basketbol meydançaları müəllim və şagirdlərin istifadəsinə verilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub
-
Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək
-
"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub
-
Ceyhun Bayramov: Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır













