Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri bağlı ötən il məhkəməyə 8,5 min müraciət olub
Far.Az xəbər saytı

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri bağlı ötən il məhkəməyə 8,5 min müraciət olub


2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri bağlı məhkəmələrə 8,5 min müraciət olub.

"Report" xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Nigar Alimova Bakıda keçirilən "Azərbaycan Hakimlərinin II Forumu"nda bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ümumilikdə 1 217 857 müraciət qəbul edib: "Bu müraciətlərdən 96 %-i və yaxud 1 164 568-i icra olunub, 4 %-nin və yaxud 53 289-nun icrasından imtina edilib. Bunun da təxminən 15 %-i məhkəmə mübahisəsinə çevrilib. Sözsüz ki, vətəndaşların daşınmaz əmlaklar üzərində hüquqlarının qeydiyyata alınmasına əsas yaradan sənədlər sırasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunla yanaşı məhkəmə qərarları da varş çıxış eləyir. Son illər xüsusilə məhkəmə orqanları hüquqmüəyyənedici sənəd müəyyənləşdirən ən mühüm kateqoriyaya daxil olub".

N.Alimova deyib ki, Azərbaycanda illərlə formalaşmış inzibati praktika bu günün reallığı ilə toqquşur: "Biz bunu gündəlik fəaliyyətimizdə həm qanunvericiliyin öyrənilməsi, həm də bizə daxil olan şikayətlərin və ərazi idarələrimizin fəaliyyəti zamanı qarşılaşdığı problemlərin təhlili zamanı gördük. Buna görə də qaydaların təkmilləşdirilməsinə, bəzilərinin ləğv edilməsinə zərurət var. Bununla bağlı biz daima göstəriş məktubları yazırıq. Məqsəd Bakıda qeydiyyat aparan orqanımızıa məsələn, Şəmkirdə qeydiyyat aparan orqanımızın eyni tipli məsələyə eyni şəkildə yanaşmasını təmin etməkdir. Sözsüz ki, regionların fərqli xüsusiyyətləri ola bilər, amma ən böyük və ən əsas hədəf vahidləşməni təmin etməkdir. Odur ki, təkcə 2025-ci ildə 30-dan çox, 2020-ci ildən bu günə qədər isə 150-yə yaxın göstəriş məktubu yazılıb".

Bundan başqa, onun sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri il ərzində 1 milyondan çox əməliyyat aparır: "Odur ki, vahid və ardıcıl yanaşmanın tətbiq edilməsi çox önəmlidir. Təbii ki, bu həcmdə işi yüzlərlə əməkdaşımız həyata keçirir. Vahid təcrübəni formalaşdırmaq, bununla bağlı yerlərə bu ideyaları ötürmək lazımdır və bunu edirik. Və ümumiyyətlə istənilən göstəriş və təlimatda bunlara əməl olunmalıdır. Yüzlərlə əməkdaşın manual şəkildə həyata keçirdiyi işlərdə nə qədər vahidləşmə və ümumiləşmə gözləntimiz olsa da, burada fərqli yanaşma danılmazdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Nigar Alimova: "Daşınmaz əmlakın dövlət kadastrı və reyestrində rəqəmsal transformasiya genişləndirilir"
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər