Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir - YENİLƏNİB
Far.Az xəbər saytı

Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir - YENİLƏNİB


Bakıda Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilir.

"Far.Az" xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev açılış nitqində bildirib ki, bugünkü forum Azərbaycan məhkəmə hakimiyyəti üçün xüsusi məna və əhəmiyyət daşıyan bir dövrə təsadüf edir:

"Müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran vəzifələr təkcə hüququ tətbiq etməklə məhdudlaşmır. Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdırlar. Bu inam isə yalnız peşəkarlıq, obyektivlik və qanunun aliliyi prinsiplərinə sadiqliklə deyil, eyni zamanda, institusional güc, həmrəylik və davamlı inkişafla möhkəmlənir".

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib ki, 2025-ci il məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub:

"Ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib".

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, konstitusion şərh hüquqi müəyyənliyin və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır:

"Konstitusiya dövlət hakimiyyətinin sərhədlərini müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verir və ictimai münasibətlərin tənzimlənməsinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan Konstitusiyada təsbit edilmiş təməl prinsiplərin düzgün anlaşılması və tətbiqi xüsusi əhəmiyyət daşıyır".

Açılış mərasiminin sonunda Forum çərçivəsində məhkəmə-hüquq sistemində uzunmüddətli səmərəli fəaliyyətinə, həmçinin çıxardıqları məhkəmə qərarlarının sabitlik göstəricilərinə görə bir qrup hakim təltif edilib, onlara mükafatlar təqdim olunub.

Forum panel müzakirələrlə davam edir.

Qeyd edək ki, 600-dək məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.

Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir.

"Far.Az" xəbər verir ki, 600-dək məhkəmə hakimi, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin qatıldığı tədbirin məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti Azərbaycanda gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.

Forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, qarşıda duran əsas vəzifələr, habelə ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışlar müzakirə olunacaq.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər