Qızıl medal qazanan Azərbaycan gimnastı: "Avropa çempionatında da yaxşı nəticə qazanmağa çalışacağam"
Far.Az xəbər saytı

Qızıl medal qazanan Azərbaycan gimnastı: "Avropa çempionatında da yaxşı nəticə qazanmağa çalışacağam"


Bakıdakı Dünya Kubokunda qızıl medal qazanan Azərbaycan gimnastı Mixail Malkin Avropa çempionatında da yaxşı nəticə göstərməyə çalışacaq.

"Report"un məlumatına görə, idmançı bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Tamblinqçi turnirdə birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

"Bu, mənim cari ildəki ilk yarışım idi. Ötən ilə yaxşı başlamamışdım deyə, bu il çox yaxşı hazırlaşmışdım. Bir az mental problemlərim var idi. Hazırda bununla mübarizə aparıram. Özümü topladım, bu gün yaxşı çıxış etdim və qızıl medal qazandım. Bir aydan sonra Avropa çempionatına qatılacağıq. Həmin yarışda da yaxşı çıxış etməyə çalışacağam".

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər