"İmişli" - "Şamaxı" matçında qalib müəyyənləşmədi
Far.Az xəbər saytı

"İmişli" - "Şamaxı" matçında qalib müəyyənləşmədi


Misli Premyer Liqasının XXI turunda daha bir oyun keçirilib.

Far.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə qarşılaşan "Şamaxı" heç-heçəyə razılaşıb.

Matçda qapılara qol vurulmayıb. Meydan sahibləri 20 xalla 9-cu, "Şamaxı" 25 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər