Həbsxanada İmamoğlu ilə Sibel Canın sevgilisi arasında QALMAQAL YAŞANDI
Türkiyədə CHP-nin Ərzincan millət vəkili Mustafa Sarıgül və ailəsinə qarşı aparılan çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində həbs edilən Emir Sarıgül həbsxanada yaşandığı iddia edilən mübahisə ilə gündəmə gəlib.
Far.Az xəbər verir ki, Marmara Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanılan Emir Sarıgül və korrupsiya, rüşvət istintaqı çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu vəkillərlə görüş otağında qarşılaşıblar.
İddialara görə, tərəflər arasında CHP sədri Özgür Özellə bağlı ittihamlar üzərindən başlayan sözlü mübahisə qısa müddətdə davaya çevrilib.
Belə ki, İmamoğlunun Emir Sarıgülə "Özgür Özeli satmısınız" deyərək etiraz etdiyi bildirilir.
Sarıgülün isə bu ittihama sərt reaksiya verərək İmamoğluna "Danışma, fırıldaqçı! Hamınız fırıldaqçısınız" deyə cavab verdiyi iddia olunur.
Qeyd edək ki, "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq" ittihamı ilə həbsdə olan Emir Sarıgül prokurorluqda verdiyi ifadəsində CHP-nin qurulması prosesi ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
O, atası Mustafa Sarıgülün Özgür Özələ maddi dəstək göstərdiyini iddia edib.
Qeyd edək ki, Emir Sarıgül uzun illərdir Sibel Canla sevgilidir. Yaxın zamanlarda onların toyu olacağı bildirilirdi.
Oxşar xəbərlər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ekrem İmamoğlu və digər şəxslər həbs ittihamları ilə məhkəməyə aparılıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













