Aparıcı Könül Muxtarovaya "TikTok"da söyüş yazdı - 600 manat cərimələndi
"TikTok"da televiziya aparıcısı Könül Muxtarovanı təhqir edən kişi inzibati qaydada cəzalandırılıb.
Far.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcının müsahibəsinə rəy yazmaq 50 yaşlı sosial şəbəkə istifadəçisi S.Göyüşova baha başa gəlib.
Belə ki, K.Muxtarova müsahibələrindən birində toyda aparıcılıq etdiyi 6 saata görə qazandığı pulun televiziyadakı aylıq maaşının 3 qatından çox olduğunu deyib. İstifadəçi həmin paylaşıma "Tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də bunlar daha çox qudururlar", - rəyini yazıb.
Aparıcının sözlərinə görə, həmin şərh ona və ailə üzvlərinə pis təsir edib, bu səbəbdən şikayət etmək qərarına gəlib.
Barəsində şikayət edilən şəxs isə məhkəmədə geri çəkilib. O, həmin sözlərin qadına aid edilmədiyini, əgər xanım bunu özünə qarşı təhqir hesab edibsə, üzr istəməyə hazır olduğunu deyib. Yekun olaraq isə inzibati xəta haqda şikayətə xitam verilməsini xahiş edib.
Hakim tərəfləri dinlədikdən sonra aparıcının şikayətini əsaslı hesab edib. Qərara əsasən, Göyüşov inzibati xəta törətdiyi üçün 600 manat cərimələnib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ceki Çan mahnı yazdı - Vəfatından sonra yayımlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













