Marneulidə Zəfər Gününə həsr olunmuş "Zəfərdən Doğan Qürur" tədbiri keçirilib
Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli bölgəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Zəfərdən Doğan Qürur" adlı təntənəli tədbir keçirilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə baş tutub.
Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov Zəfərin yalnız hərbi uğur deyil, həm də tarixi ədalətin və milli qürurun təntənəsi olduğunu qeyd edib.
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Gürcüstanın Birinci Kanalının nümayəndəsi Ramilə Əliyeva, sabiq deputatlar Azər Süleymanov və Ramiz Bəkirov, professor Şürəddin Məmmədli, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Qullar ictimai məktəbinin direktoru Hümbət Hüseynov və müəllim Esmira Ələkbərli də çıxışlarında Zəfər Gününün əhəmiyyətinə toxunublar.
Çıxışlarda Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycanın tarixi uğurlarına böyük qürurla yanaşdıqları, milli kimliyin, ana dilinin və tarixi yaddaşın qorunmasında medianın və təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyü bildirilib.
Proqram çərçivəsində GAİM-in rəsm kursunun şagirdlərinin 44 günlük Vətən müharibəsinə və tarixi Zəfərə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Mərkəzin nəzdində fəaliyyət göstərən "SARVAN" folklor ansamblı Gürcüstan və Azərbaycan milli rəqslərini və musiqilərini təqdim edib. Aşıq Nargilə Mehdiyeva və şagirdləri saz ifaları ilə çıxış ediblər.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













