Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Far.Az xəbər saytı

Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır


Rusiyada güzgülü divarları, məxmər divanları və şah taxt-tacını xatırladan mebelləri olan olan mənzil satışa çıxarılıb. Söhbət Rusiyanın estrada ulduzu Filip Kirkorovun bir vaxtlar həyat yoldaşı Alla Puqaçova ilə 11 il yaşadığı mənzildən gedir.

BAKU.WS xəbər verir ki, müğənni həyatının keçmiş səhifələrindən birini bağlamağa qərar verib. Bu məqsədlə o lüks əmlakını 240 milyon rubla (5 milyon 292 min AZN) satır.

Kirkorov açıqlamasında bildirib ki, bu addım emosional səbəbdən deyil, zərurətdən irəli gəlir.

Hazırda o, yeni konsert şousu üzərində çalışır. Sənətçinin sözlərinə görə, layihənin xərcləri təxminən 200 milyon rubla (4 milyon 410 min AZN) başa gəlib. Kredit götürməmək üçün isə o, evini satışa çıxarmaq qərarına gəlib.

Mənzil daha çox interyeri ilə diqqət çəkir. Burada əsas yataq otağı, iş otağı, geniş qonaq otağı, mətbəx otağı, qarderob otağı mövcuddur.

Mənzil həm də teatr səhnəsini xatırladır. Divarlardan birində isə Kirkorovun baş hərfləri əks olunan xalça var. Çilçıraqlar və sütunlar isə ümumi saray dəbdəbəsini gücləndirir.

Kirkorov özü də etiraf edib ki, bu ev sadəcə yaşayış sahəsi deyil, şouya uyğun qurulmuş xüsusi bir məkandır. İndi isə həmin "səhnə" yeni sahibini gözləyir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər