Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Far.Az xəbər saytı

Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb


Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandiya Beşiktaşın Batumidə keçirilən UEFA Avropa Liqası matçında baş verən ciddi hadisələrlə əlaqədar çağırılıb.

Nazirlikdən bildirilib ki, matçda baş verən hadisələrə reaksiya verilib və müxtəlif sübutlar paylaşılıb.

"Hadisələrin hərtərəfli araşdırılmasını, vətəndaşlarımıza qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsini tələb etdik", - məlumatda vurğulanıb.

Xatırladaq ki, Batumi şəhərində oynanılan "Beşiktaş" - "Hapoel" matçının birinci hissəsinin ortalarında İstanbul təmsilçisinin fanatlarının olduğu sektorda iğtişaşlar yaşanıb və polis güc tətbiq edib. Görüş təxminən yarım saat dayandırıldıqdan sonra davam etdirilib. Baş verən gərginliklə bağlı 16 nəfər saxlanılıb, sonra isə sərbəst buraxılıblar.

Oxşar xəbərlər

İdmançılarımız Batumidə rinqə çıxacaqlar
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər