UEFA Çempionlar Liqası: Pley-off mərhələsinə yekun vurulur
Far.Az xəbər saytı

UEFA Çempionlar Liqası: Pley-off mərhələsinə yekun vurulur


UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinə yekun vurulacaq.

"Report" xəbər verir ki, 1/8 finala yüksələn daha 4 komanda müəyyənləşəcək.

"Atalanta" evdə "Borussiya"nə qəbul edəcək.

Fransa komandaları PSJ və "Monako" isə Parisdə üz-üzə gələcəklər.

"Yuventus" İtaliyada "Qalatasaray"la, "Real" İspaniyada "Benfika" ilə görüşəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

25 fevral

21:45. "Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

İlk oyun - 0:2

00:00. PSJ (Fransa) - "Monako" (Fransa)

İlk oyun - 3:2

00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə)

İlk oyun - 2:5

00:00. "Real" (İspaniya) - "Benfika" (Portuqaliya)

İlk oyun - 1:0

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra "Atletiko" (İspaniya), "Bayer 04" (Almaniya), "Budyo Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) komandaları 1/8 finala vəsiqə qazanıblar.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə 18 oyunla yekun vurulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər