UFC Ağ Evin qarşısında tarixi turnir üçün 60 milyon dollar büdcə ayıracaq
Far.Az xəbər saytı

UFC Ağ Evin qarşısında tarixi turnir üçün 60 milyon dollar büdcə ayıracaq


UFC Ağ Evin qarşısında keçirəcəyi tarixi turnir üçün 60 milyon dollar büdcə ayıracaq.

"Far.Az" "MMA Fighting"ə istinadən xəbər verir ki, ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək döyüşlər üçün Ağ Evin qarşısındakı cənub çəmənliyində xüsusi oktaqon və tamaşaçı tribunaları quraşdırılacaq.

Məlumata görə, idmançıların arenaya "Oval ofis"dən çıxacağı gözlənilir. "UFC White House" adlanan turnir 2026-cı il iyunun 14-nə planlaşdırılıb. Tədbir ABŞ-nin müstəqilliyinin 250 illiyi və ölkə prezidenti Donald Trampın 80 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, gecənin əsas döyüşünün İliya Topuriya (İspaniya) və Castin Qetji (ABŞ) arasında baş tutacağı gözlənilir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər