Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular
Far.Az xəbər saytı

Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular


Bakının Xətai rayonu, Abbas Səhhət küçəsi 6 ünvanında kanalizasiya və çirkab sular əraziyə yayılıb.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki sözügedən hal bir müddətdir davam edir.

Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Xidmətindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvandakı məsələ ilə bağlı əraziyə 3 gündür ki, briqada cəlb olunur, xəttin açılması üçün müvafiq işlər görülür. Lakin vətəndaşların evlərini məhz tullantı su kollektorunun üzərində tikməsi nəticəsində xəttin tutulma baş verən nöqtəsinə müdaxilə etmək qeyri-mümkün hal alıb.

"Diqqətə çatdıraq ki, şəbəkələrdə aparılacaq hər hansı texniki qulluq və ya baş verə biləcək qəza riskləri səbəbindən su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir", - deyə məlumatda qeyd edilib.

O da vurğulanıb ki, sakinlərin vaxtaşırı şəbəkəyə məişət tullantıları atması nəticəsində xətdə tutulma baş verib:

"Xüsusilə bildiririk ki, tullantı su xətti yalnız tullantı suyu axıtmaq üçündür. Kanalizasiya xətlərinə tullantı suyundan kənar əşyalar məişət tullantıları (salfet, qida qalıqları, sellofan və s.) atmaq yolverilməzdir. Nəticədə bu qalıqlar yığılaraq xətdə tutulma yaradır və ərazidə antisanitar və xoşagəlməz mənzərə yaranır. Bu halın təkrarlanması vətəndaşlardan tullantıların təyinatı üzrə atılmasına və kanalizasiya xətlərindən düzgün istifadə qaydalarına riayət etmələri xahiş olunur. Hazırda məsələ ilə əlaqədar müvafiq rayon sukanal idarəsi işləri davam etdirməkdədir".

Oxşar xəbərlər

Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Bakının yağış suyu problemi bu illərdə həll ediləcək - LAYİHƏLƏR İCRA OLUNUR
Gənc media nümayəndələri SOCAR-ın yaşıl enerji planı ilə tanış oldular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər