Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Far.Az xəbər saytı

Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır


Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü baş tutur.

"Report" xəbər verir ki, 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqonu "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınır.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Xatırladaq ki, sonuncu dəfə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola salınıb. Bundan əvvəl isə ayın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxil olub.

Bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Oxşar xəbərlər

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər