"Haber Global": "İnsanlığın qanayan yarası - Xocalı soyqırımı"
Far.Az xəbər saytı

"Haber Global": "İnsanlığın qanayan yarası - Xocalı soyqırımı"


"Xocalı soyqırımından 34 il keçməsinə baxmayaraq, faciənin ağrısı hələ də ilk gün kimi təzədir. Ankaranın Kızılcahamam rayonunda faciə qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib".

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında faciə ilə bağlı hazırlanan reportajda məlumat verilib.

"26 fevral 1992-ci ildə bəşəriyyət tarixinin ən qaranlıq səhifələrindən biri Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində yazılıb. Ermənistan qüvvələrinin həyata keçirdiyi hücumda qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla mülki şəxslər amansızcasına hədəfə alınıb. Rəsmi məlumatlara görə, 613 nəfər həyatını itirib. Ölənlərin 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı olub. 150 nəfər itkin düşüb, ailələri illərdir onları ölü və ya diri tapa bilməyiblər.

Bütün dünyanın şahidi olduğu bu vəhşilik tarixə silinməz bir ləkə kimi həkk olunub", - deyə telekanalın materialında bildirilib.

Verilişdə Xocalı soyqırımı "insanlığın qanayan yarası" adlandırılıb.

Anım tədbirində edilən çıxışlardan sonra iştirakçılar abidənin önünə qərənfillər düzüblər. Mərasimdə iştirak edənlər qurbanların xatirəsini əbədiləşdirmək üçün Xocalı Memorial Muzeyini də ziyarət ediblər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Şəhidlərin xatirəsinə həsr olunan cüdo üzrə açıq çempionat keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər