Naxçıvanda Xocalı soyqırımına həsr edilmiş şahmat yarışı keçirilib
Far.Az xəbər saytı

Naxçıvanda Xocalı soyqırımına həsr edilmiş şahmat yarışı keçirilib


Naxçıvan Şahmat Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 102 şahmatçı İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb.

Yarışın nəticələrinə əsasən, kişilər arasında Yasin Əzimov 8 xalla turnirin qalibi olub. Eyni xala malik Mirsaleh Seyidli aralarındakı şəxsi görüşün nəticəsinə görə ikinci nəticə göstərib. Aktivində 7 xal olan Qənbər Hüseynli üçüncü olub.

Qadınların mübarizəsində isə Nigar Qənbərli 6 xalla yarışı qalib kimi başa vurub, Gülsüm Qəhrəmanova 5,5 xalla ikinci, Ayla Zamanlı isə 5 xalla üçüncü yeri tutub.

Sonda ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr, həvəsləndirici yerlərin sahiblərinə isə fəxri fərman təqdim olunub. Mükafatları gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ali təhsil müəssisələri arasında "Zəfər" şahmat turniri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər