Azərbaycanda icbari sığorta bazarı üzrə ödənişlər 16 %-dən çox artıb
Far.Az xəbər saytı

Azərbaycanda icbari sığorta bazarı üzrə ödənişlər 16 %-dən çox artıb


Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin hesabına 20,148 milyon manat sığorta haqqı toplanılıb.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 11,75 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur.

Beləliklə, yanvarda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 43,8 manat olub.

Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 16 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər