Tofiq Əliyev Avropada ilin idmançısı olmağa ən real namizəddir
Far.Az xəbər saytı

Tofiq Əliyev Avropada ilin idmançısı olmağa ən real namizəddir


Azərbaycanı gimnastikanın tamblinq növündə təmsil edən ikiqat dünya çempionu Tofiq Əliyev Avropada 2025-ci ilin ən yaxşı gimnastı adına layiq görülə bilər.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Avropa Gimnastika Federasiyası tərəfindən təşkil olunan səsvermədə "İlin kişi gimnastı" nominasiyası üzrə namizədlər sırasında Tofiq Əliyev də yer alıb.

Təmsilçimiz bu ad uğrunda portuqaliyalı batut gimnastı Qabriel Albukerke, idman gimnastları - Hamlet Manukyan (Ermənistan), Noe Zayfat (İsveçrə) və Lyuk Vaythauzla (Böyük Britaniya) mübarizə aparır

Hazırkı nəticələrə əsasən, Tofiq Əliyev siyahıya başçılıq edir. Səsvermədə iştirak etmək və dəstək olmaq üçün keçidə daxil ola bilərsiniz: https://take.quiz-maker.com/QMTEIBV5H

Xatırladaq ki, Tofiq Əliyev bu yaxınlarda Bakıda baş tutan Dünya Kuboku yarışlarında gümüş mükafata sahib çıxıb.

Oxşar xəbərlər

Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər