Vergi ödəyicilərini maliyyə sanksiyalarından qoruyacaq yeni xidmət istifadə olunacaq
Far.Az xəbər saytı

Vergi ödəyicilərini maliyyə sanksiyalarından qoruyacaq yeni xidmət istifadə olunacaq


Vergi ödəyicilərini maliyyə sanksiyalarından qoruyacaq yeni xidmət istifadə olunacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

"Vergi inzibatçılığının təkmilləşdirilməsi çərçivəsində xüsusi olaraq qeyd etmək lazımdır ki, vergi orqanının vergi ödəyicilərinə bəyannamələrin təqdim edilməsi ilə bağlı müxtəlif xidmət alətləri mövcuddur. Buna misal olaraq əvvəlcədən doldurulmuş vergi bəyannamələrini göstərmək olar. Belə ki, sistem tərəfindən əvvəlcədən doldurulan vergi bəyannaməsi təsdiq üçün vergi ödəyicisinə göndərilir. Vergi ödəyicisi beş gün ərzində həmin bəyannaməni təsdiq etmədiyi təqdirdə, o, avtomatik təsdiqlənir və vergi ödəyicisi tərəfindən təqdim edilmiş hesab olunur", - deyə o qeyd edib.

N. İmanovun fikrincə, burada belə bir sual yarana bilər ki, vergi orqanı bazada mövcud olan məlumatlar əsasında kameral qaydada vergi hesablasa da, vergi ödəyicisi bəyannaməni təqdim etmədikdə ona maliyyə sanksiyası tətbiq olunur: "Məhz bu cür hallarda maliyyə sanksiyalarının tətbiqinin qarşısını almaq məqsədilə sözügedən xidmət təqdim edilib. Borc öhdəliklərinə görə tətbiq edilən məhdudiyyətlərlə bağlı mühüm dəyişikliklər də nəzərdə tutulur. Belə ki, 5 min manatadək borclar üzrə vergi ödəyicisinin müraciəti əsasında öhdəliklərin avtomatlaşdırılmış qaydada aradan qaldırılması təmin ediləcək. Bu imkan bir il müddətinə nəzərdə tutulur".

O bildirib ki, 100 min manatdan yuxarı borclara münasibətdə isə hazırda qüvvədə olan girov tələbi və digər vergi təminatı tələbləri aradan qaldırılır: "Bu halda yalnız borc məbləğinin 10 faizinin ödənilməsi şərti nəzərdə tutulur".

Oxşar xəbərlər

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
49 yaşında qəfil vəfat edən polis polkovniki, Əməkdar artist Cabir İmanovun HƏYAT HEKAYƏSİ
49 yaşında qəfil vəfat edən polkovnik, Əməkdar artist Cabir İmanovun HƏYAT HEKAYƏSİ
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər