Nikolas Cekson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
Far.Az xəbər saytı

Nikolas Cekson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər


İngiltərənin "Çelsi" klubunun hazırda "Bavariya"da (Almaniya) icarə əsasında forma geyinən hücumçusu Nikolas Cekson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Far.Az" "Chelsea.News" portalına istinadən xəbər verir ki, seneqallı forvardın xidmətində əsas iddiaçı "Əl-Əhli" klubudur.

Futbolçunu İtaliya, İspaniya və İngiltərə klubları da yaxından izləyir. "Bavariya" N.Ceksonu 2025-ci ilin sentyabrında "Çelsi"dən cari mövsümün sonunadək 16 milyon avroya icarəyə götürüb. Müqaviləyə oyunçunun 65 milyon avroya birdəfəlik transfer edilməsi bəndi də daxildir.

Qeyd edək ki, seneqallı hücumçu cari mövsümdə Münxen təmsilçisinin heyətində bütün turnirlərdə 22 matça çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Dövlət Xidmətində yüksək vəzifəyə yeni TƏYİNAT
Dünya məşhurlarını neçə milyon insan izləyir? - SİYAHI
"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər