Bilalhəbaşi Nəzərov: "Erməni boksçuya qarşı döyüşüm karyeramın ən məsuliyyətli anı idi"
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Strandja" beynəlxalq turnirində iştirak edən Bilalhəbaşi Nəzərov böyüklər arasında qatıldığı ilk yarışda erməni boksçuya qarşı döyüşü karyerasının ən məsuliyyətli anı sayır.
O, bu barədə "Report"a açıqlamasında deyib.
Boksçu ilk rəqiblərii ilə döyüşlər haqqında danışıb:
"İlk rəqibim İrlandiya idmançısı idi. O, U-23-lər arasında Avropa çempionu olmuşdu. Amma o qədər də çətinlik çəkmədim və 5:0 hesabı ilə qalib gəldim. 1/4 finalda erməni idmançı ilə döyüşdüm. Mənim üçün ən böyük, ən məsuliyyətli döyüşlərdən biri bu idi. Həm böyüklər arasında qatıldığım ilk yarışda medal qazanmaq istəyirdim, həm də rəqib erməni idi. O, böyüklər arasında Avropa çempionu olmuşdu. Üzərimə ikiqat məsuliyyət düşmüşdü. Şükürlər olsun ki, məşqçilərimlə yaxşı hazırlaşdıq, taktika qurduq və ermənini məğlub etdik. Daha sonra Ukrayna idmançısı ilə qarşılaşdım və çətinlik çəkmədən onu üstələdim".
Boksçu finaldakı məğlubiyyətin səbəbini belə izah edib:
"Həlledici döyüşdə Qazaxıstan idmançısına 2:3 hesabı ilə məğlub oldum. Bir az fiziki çatışmazlığım var idi. Bu da yəqin ki, böyüklər arasında qatıldığım ilk yarış olduğu üçün idi. İnşallah, növbəti yarışlarda daha yaxşı nəticələr qazanmağa çalışacağam".
Qeyd edək ki, Bilalhəbaşi Nəzərov "Strandja" beynəlxalq turnirini gümüş medalla başa vurub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













