Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır
Far.Az xəbər saytı

Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır


Qazaxıstanın Ərzaq Korporasiyası Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə İsrail bazarına ərzaq buğdası tədarük etməyi təklif edib.

"Far.Az" Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ ticarət və iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-İsrail Hökumətlərarası Komissiyasının 10-cu iclasında müzakirə olunub.

"Prodkorporasiya" SC-nin İdarə Heyəti sədrinin müavini Samat Tenbayev vurğulayıb ki, ərzaq korporasiyası İsrail bazarının tələbatını nəzərə alaraq, 200-500 min ton ərzaq buğdasının və digər kənd təsərrüfatı məhsullarının tədarükünə dair uzunmüddətli müqavilələrin bağlanmasını nəzərdən keçirməyə hazırdır.

"Bununla belə, logistika ixracın daha da artırılmasının əsas məsələlərindən biri olaraq qalır. Qazaxıstan məhsullarının israilli tərəfdaşlara çatdırılmasının mümkün marşrutları kimi Azərbaycan və Gürcüstandan keçən nəqliyyat dəhlizini, həmçinin Baltik dənizi limanlarından istifadə etməklə alternativ istiqamətləri nəzərdən keçirmək təklif olunub", - Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər