Elektron siqaret istifadəsi və satışına görə cərimələr TƏSDİQLƏNDİ - 2200 Manatadək...
Milli Məclis elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılması ilə əlaqədar cərimələri qəbul edib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Sənəddə vurğulanıb ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.
Bundan əlavə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun qəbul edildiyi təqdirdə, aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Elektron siqaretin qadağan olunma səbəbləri – Azərbaycan və dünya praktikası
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı ilə bağlı cərimələr ilk oxunuşda qəbul edilib
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı ilə bağlı cərimələr son oxunuşda qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman monitorinqi: Bakıda əlillər üçün olan pandusların bir hissəsi standartlara uyğun deyil
-
Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib - YENİLƏNİB
-
Naxçıvanda sənaye istehsalı 13 %-dən çox artıb
-
Şanlıurfadakı məktəbə hücumla bağlı 1 nəfər saxlanılıb – YENİLƏNİB-3
-
Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə paketini razılaşdırıb
-
İrandan Azərbaycana indiyədək 3 505 nəfər təxliyə olunub













