Zelenski: "Drujba" neft kəmərinin təmiri yalnız atəşkəsdən sonra mümkündür
Far.Az xəbər saytı

Zelenski: "Drujba" neft kəmərinin təmiri yalnız atəşkəsdən sonra mümkündür


Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, "Drujba" neft kəmərinin təmiri yalnız atəşkəsdən sonra mümkündür.

"Far.Az" xəbər verir ki, Zelenski bunu "Corriere della Sera"ya müsahibəsində bəyan edib.

O qeyd edib ki, Rusiya qoşunları kəməri dəfələrlə bombalayıb və onun təmiri ilə məşğul olan Ukrayna texniklərə hücum edib: "Mən bunu Slovakiyanın Baş naziri Robert Fitsoya izah etdim: kəmər dağıdılıb, onun təmiri üçün atəşkəs lazımdır".

"Drujba" neft kəməri Rusiya neftinin Slovakiya və Macarıstana tədarükü üçün istifadə olunur.

Qeyd edək ki, bu il yanvarın 27-də Slovakiya və Macarıstana "Drujba" ilə neft tranziti Rusiyaya məxsus pilotsuz uçuş aparatının zərbəsindən sonra dayandırılıb. Zərbə Ukraynanın qərbindəki avadanlığın zədələnməsi səbəb olub.

Slovakiya və Macarıstan dəfələrlə Ukraynadan bu boru kəməri ilə neft tranzitinin bərpasını tələb edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Kiyevdə azərbaycanlılar raket zərbəsindən zərər görən mülklərinin bərpasına başlayıb
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər