İranda internet kəsintisi iqtisadiyyata milyonlarla dollar zərər vurur
İranda internetə çıxışın məhdudlaşdırılması ölkə iqtisadiyyatına ciddi maliyyə ziyanı vurur.
Far.Az xəbər verir ki, "Donya-e-Eqtesad" nəşrinin məlumatına görə, İran Ticarət Palatasında keçirilən iclasda çıxış edən rəsmi şəxs bildirib ki, internet kəsintisinin gündəlik birbaşa zərəri 30–40 milyon dollar, dolayı zərəri isə təxminən 70–80 milyon dollar təşkil edir.
Onun sözlərinə görə, bu itkilər gündə iki elektrik stansiyasının dəyərinə bərabərdir və qeyd edib ki, sözügedən zərər müharibədən asılı olmayaraq ölkənin öz daxilində yaranır.
Qeyd edək ki, İranda beynəlxalq internetə çıxış son dövrlərdə ilk dəfə 28 dekabr 2025-ci ildə iqtisadi problemlər fonunda başlayan və rejim əleyhinə etirazlara çevrilən aksiyalar zamanı bir aydan artıq müddətə dayandırılmışdı.
İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Seyyid Səttar Haşimi isə 26 yanvar 2026-cı il tarixində açıqlamasında internet kəsintisinin gündəlik iqtisadi zərərinin təxminən 34,5 milyon dollar olduğunu bildirmişdi.
Məlumata görə, ABŞ və İsrailin hücumlarının başladığı 28 fevral tarixindən etibarən İranda artıq 46 gündür beynəlxalq internetə çıxış yoxdur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













