Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək
Far.Az xəbər saytı

Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək


Martın 5-6-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Bu barədə "Far.Az"a ACF-dən məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər