Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Fransada keçirilən kütləvi etiraz aksiyalarında 511 nəfər saxlanılıb.
"Far.Az" "The Guardian"a istinadən xəbər verir ki, aksiyalar oktyabrın 31-də Paris, Marsel, Lion, Tuluza və ölkənin digər şəhərlərində keçirilib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlərdə 320 minə yaxın insan iştirak edib. Ölkə üzrə ümumilikdə 150-yə yaxın aksiya baş tutub.
Yürüşlərin əksəriyyəti dinc keçib, lakin bir sıra şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları İğtişaşçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Fransada kütləvi etirazlar zamanı 422 nəfər saxlanılıb.
"Far.Az" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Razılaşdırılmış etiraz aksiyaları çərçivəsində nümayişlər insidentsiz ötüşüb. Lakin Bordo, Tuluza, Ren, Lil, Nant, Marsel və Lion da daxil olmaqla, bir sıra şəhərlərdə radikal əhval-ruhiyyəli şəxslər yürüşlər başa çatdıqdan sonra vandalizm və talançılıq aktları törətmək məqsədilə mərkəzi məhəllələrə daxil olmağa cəhd ediblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar atmağa başlayan aqressiv etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edilib.
Qurumun məlumatına görə, şənbə günü axşama qədər əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz əlaməti olaraq ümumilikdə 320 minə yaxın insan aksiyaya qatılıb. Həmkarlar ittifaqları isə sözügedən rəqəmin 500 min olduğunu açıqlayıb.
Paris yaxınlığında yuxarı sinif şagirdlərinin və tələbələrin yanacaq qiymətlərinin artmasına və yaşayışın bahalaşmasına qarşı növbəti etirazları başlayıb.
"Far.Az" bu barədə "Le monde" nəşrinə istinadən xəbər verir.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün ölkə üzrə ümumilikdə 15 mindən çox insanın iştirak etdiyi 65 aksiya keçirilir.
İştirakçılar üzərində "12 milyard avro - yeni təyyarədaşıyana deyil, təhsilə", "Pullar müharibələrə və milyarderlərə deyil, liseylərə", "Yaşasın tələbə etirazı" şüarları yazılmış plakatlar daşıyırlar.
Etiraz hərəkatına həmkarlar ittifaqları ilə yanaşı, tələbə və gənclər təşkilatları, həmçinin "sarı jiletlilər" hərəkatının tərəfdarları da qoşulublar.
Daha əvvəl Fransa hakimiyyətinin planlaşdırılan etiraz aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün bütün qüvvələrini səfərbər etdiyi bildirilmişdi. Ölkə üzrə asayişi təmin etmək üçün 70 minə yaxın polis və jandarm səfərbər edilib.
Hazırkı aksiya oktyabrın 17-si və 24-də Fransanın bir sıra şəhərlərində polislə toqquşmalar, dağıntılar və mağazaların qarət edilməsi ilə müşayiət olunan genişmiqyaslı çıxışların davamıdır. Müxtəlif hesablamalara görə, oktyabrın 24-dəki nümayişlərdə 800 minə qədər insan iştirak edib.
Oxşar xəbərlər
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb - Yenilənib
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb - Yenilənib-2
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb
-
Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
-
OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib













