Rəşad Sadıqov: "Zirə"ni Azərbaycan Kuboku və Premyer Liqada həlledici mərhələ gözləyir"
Far.Az xəbər saytı

Rəşad Sadıqov: "Zirə"ni Azərbaycan Kuboku və Premyer Liqada həlledici mərhələ gözləyir"


"Zirə" komandasını Azərbaycan Kuboku və Misli Premyer Liqasında həlledici mərhələ gözləyir.

"Report" xəbər verir ki, bunu klubun baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"a qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.

O, yarımfinala yüksəldikləri üçün sevincli olduqlarını bildirib:

"Çox məsuliyyətli oyuna çıxmışdıq. Kubok turnirlərində cavab qarşılaşmaları adətən daha gərgin və psixoloji baxımdan ağır keçir. Belə matçlarda səhvləri sonradan kompensasiya etmək imkanı olmur. Komandanın üzərində təzyiq hiss olunurdu. Futbolçularıma minnətdaram – yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdilər. Qarşıda bizi həm kubokda, həm də Premyer Liqada həlledici mərhələ gözləyir. Daha ciddi və əzmlə çalışmalıyıq".

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı "qartallar"ın 2:0 hesablı (ilk matç - 0:0) qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər