"Liverpul" əlavə dəqiqələrdə buraxılan qollara görə Premyer Liqada antirekorda imza atıb
"Liverpul" komandası İngiltərə Premyer Liqasının XXIX turunda səfərdə "Vulverhempton"a məğlub olaraq (1:2) turnir tarixinə mənfi göstərici ilə düşüb.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, martın 3-də "Molinyu Stedium"da keçirilən qarşılaşmada meydan sahibləri qələbə qolunu 90+4-cü dəqiqə Andre Trindadenin sayəsində vurublar.
"Liverpul" cari mövsümdə artıq 5-ci dəfədir ki, məhz əlavə olunmuş dəqiqələrdə buraxılan qol səbəbindən məğlubiyyət acısı yaşayır. Bu, İngiltərə Premyer Liqası tarixində bir mövsüm üçün qeydə alınan ən pis göstəricidir.
Mersisayd təmsilçisi daha əvvəl analoji ssenari ilə "Mançester Siti" (1:2), "Bornmut" (2:3), "Çelsi" (1:2) və "Kristal Pelas"a (1:2) uduzub.
Qeyd edək ki, "Liverpul" hazırda 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













