Fərid Mansurov: "Dünya və Avropa çempionatlarında iştirak etmək də Vətənə xidmətdir"
Dünya və Avropa çempionatlarında iştirak emtək də vətənə xidmətdir.
"Far.Az"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov deyib.
Yunan-Roma güləşi üzrə olimpiya çempionu Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə maraqlı təklif irəli sürüb.
O, federasiyaların adından bir problemi nəzərə çatdırmaq istədiyini söyləyib:
"17 yaşından, məktəbi bitirdikdən sonra universitetə qəbul olan idmançılarımız təhsillərini davam etdirirlər. Ali təhsil müəssisəsinə qəbul olmayanlar isə hərbi xidmətə gedirlər. Dünya və Avropa çempionatlarında iştirak etmək də Vətənə xidmətdir. Bunu nəzərə alsaq, bu halda həmin yaşlarda idmançıları itirmiş oluruq. Dünya və Avropa çempionatlarında hər çəki dərəcəsində bir idmançı iştirak edir. Həmin idmançı nəticə qazandığı halda Azərbaycan İdman Akademiyasına qəbul olunur. Digərləri isə kənarda qalır. Atlet 1 il 6 ay hərbi xidmət çəkdikdə, onu itirmiş oluruq. Belə olan halda peşəkar idmanda rəqabət itir, davamı gəlmir, nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəki dərəcəsində legioner idmançıları dəvət etsinlər. Bu məsələ qanunla tənzimlənsəydi, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılsaydı, hər hansı meyarlar həyata keçirmək mümkün olsaydı, yaxşı olardı".
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama













