Bakıda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı oğlana hökm oxunub
Far.Az xəbər saytı

Bakıda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı oğlana hökm oxunub


Bakıda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Həmçinin iclasda dövlət ittihamçısı da çıxış edib. O, Ayxan Qasımlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib.

İttihama görə, 2009-cu il təvəllüdlü Ayxan Qasımlı hoteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını şəxsi münasibətlər zəmnində bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib.

Ayxan Qasımlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham olunur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər