Asif Şirəliyev: "Bu mükafat Azərbaycan güləş hakimliyinə göstərilən hörmətin təzahürüdür"
Far.Az xəbər saytı

Asif Şirəliyev: "Bu mükafat Azərbaycan güləş hakimliyinə göstərilən hörmətin təzahürüdür"


Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" reytinq turnirinin ən yaxşı hakimi seçilən və xüsusi mükafatla təltif olunan Asif Şirəliyev bunu Azərbaycan güləş hakimliyinə göstərilən hörmət kimi dəyərləndirir.

Beynəlxalq dərəcəli güləş referisi bunu "Report"a açıqlamasında deyib.

I-S kateqoriyalı hakim məsuliyyət hiss etdiyini vurğulayıb:

"Turnir yüksək səviyyədə təşkil olunmuşdu və güclü yarış idi. Belə nüfuzlu turnirdə fəaliyyətimin Albaniya Güləş Federasiyası tərəfindən qiymətləndirilməsi mənim üçün böyük məsuliyyət və qürur mənbəyi oldu. Bu mükafatı Azərbaycan hakimliyinə göstərilən hörmət və etimad kimi dəyərləndirirəm".

Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri yarışdakı funksiyaları barədə də məlumat verib:

"Xalça rəhbəri olaraq, yekun qərarların təsdiqi, mübahisəli epizodların qiymətləndirilməsi və hakimlər briqadasının koordinasiyası birbaşa məsuliyyətimdə idi. Bu vəzifəni yüksək peşəkarlıq və obyektivlik prinsipləri əsasında yerinə yetirməyə çalışdım".

Qeyd edək ki, fevralın 25-dən martın 1-dək keçirilən turnirin ən yaxşı hakimi mükafatını həmyerlimizə Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni təqdim edib.

Oxşar xəbərlər

Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər