Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 3 % artıb
Far.Az xəbər saytı

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 3 % artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 9 milyard 188,8 milyon ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Son 1 ildə Azərbaycanın İtaliyaya ixracının dəyəri 3 % artaraq 8 milyard 789,9 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 6,6 % artaraq 398,9 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə İtaliya ilə ticarət ümumi dövriyyənin 24,6 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 36,8 %-ni, İtaliyadan idxal isə ümumi idxalın 2,9 %-ni təşkil edib.

9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb. Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər