U-17 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
Cüdo üzrə U-17 yeniyetmələr arasında martın 7-8-də "İstedadların seçimi" yarışının II turu keçiriləcək.
"Far.Az" xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində reallaşacaq turnirdə 67 klub və idman cəmiyyətindən olan 351 idmançı (297 oğlan, 54 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
"İstedadların seçimi" turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.
Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Sumqayıtda cüdo üzrə "İstedadların seçimi" turnirinin I turu keçiriləcək
Abşeronda cüdo üzrə "İstedadların seçimi" yarışının I turu start götürür
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib













