Həcc ziyarəti təxirə salınır?
"Baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması gözlənilmir".
Far.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, Həcc ziyarətinin tarixi sabit olur, dəyişmir: "Gündəmdə müharibə ilə bağlı heç nə yoxdur, proses normal formada davam edir. Müharibə qeydiyyat prosesinə də təsir etməyib. Həcc ziyarətindən imtina edənlər qeydə alınmayıb, əksinə hər gün müraciət edənlər olur".
Vüsal Cahangiri onu da bildirib ki, artıq kvotanın 85 faizdən çoxu tamamlanıb: "İlk uçuş 17 may tarixində olacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq".
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları (10 370 AZN) müəyyən edilib.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat
-
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir













