İranın yeni Ali rəhbəri seçilib
İran İslam Respublikasının Ekspertlər Şurası Müctəba Xameneini İslam Respublikasının yeni Ali rəhbəri seçib.
"Far.Az" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İran Ekspertlər Məclisinin üzvü Hüseyn Əli Eşkəvari daha əvvəl Xameneinin adının İranın Ali lideri olaraq qalacağını bildirib. Eşkəvari əlavə edib ki, yeni lider seçilib və onun adı tezliklə rəsmilər tərəfindən açıqlanacaq.
Xatırladaq ki, Ali rəhbər vəzifəsinə bir neçə nəffər namizəd idi. 57 yaşlı Müctəba Xamenei Körfəz müharibəsində iştirak edib. O, atasının siyasi kursunun qatı tərəfdarı kimi tanınır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.
İrana zərbələr nəticəsində İslam Respublikasının Ali rəhbəri Əli Xamenei öldürülüb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rəsmilər Şəhidlər xiyabanında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" neftin qiyməti ötən ilin avqustundan ilk dəfə 102 dolları keçib
-
ABŞ-nin İrana qarşı əməliyyatda öldürülən hərbçilərinin sayı yeddiyə çatıb
-
"Brent" neftin qiyməti 118 dolları ötüb - YENİLƏNİB
-
Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var
-
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
-
Ceyhun Bayramov Stiven Dauti ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib













