Premyer Liqa: "Kəpəz" "Zirə" səfərindən xal qazandı
Far.Az xəbər saytı

Premyer Liqa: "Kəpəz" "Zirə" səfərindən xal qazandı


Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" səfərdə "Zirə" ilə bərabərə qalıb.

Far.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Zirə"nin qollarını Eren Aydın (5) və Ruan Renato (90+6) vurublar. Qonaqların heyətində isə Rauf Hüseynli (32) və Dioqo Verdaska (51) fərqləniblər.

Bu turdan sonra "Zirə" 39 xalla dördüncüdür. 17 xala malik "Kəpəz" isə onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Premyer Liqa: "Kəpəz" "Zirə" səfərində xal qazanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər