İtkin düşən ana və qızının qalıqları 50 ildən sonra tapılıb
Floridada itkin düşənləri axtaran bir qrup könüllü 50 il əvvəl itkin düşən ana və qıza aid olduğu güman edilən qalıqların olduğu avtomobil aşkarlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə NBC News xəbər verir.
İtkin düşmüş insanların tapılmasında ixtisaslaşan Sunshine State Sonar təşkilatı 2023-cü ildə 34 yaşlı Doris Vurst və onun üç yaşlı qızı Karenin itkin düşməsini araşdırmaq üçün yerli polislə birləşib. Qadın və qızı sonuncu dəfə 7 noyabr 1974-cü ildə görülüblər. O vaxtdan bəri Doris, Karen və 1961 Chevrolet Impala itkin düşüb.
Avtomobilin içərisindən bir böyük və uşağın qalıqları tapılıb.
"Bu, bizim üçün olduqca emosional bir an idi, sanki Karen idi, “mən buradayam, sən məni tapdın" deyən Sunshine State Sonar könüllülərindən biri Mişel Sullivan deyib.
Yerli sakinlər tapıntıdan şoka düşüblər. Onlar 20 ildir bu ərazidə yaşadıqlarını və bütün bu müddət ərzində bilmədən meyitlərin yaxınlığında yatdıqlarını qeyd ediblər.
Polis uzun illər əvvəl itkin düşən Doris və Karenin qohumları ilə əlaqə saxlayıb. Onlar hazırda qurbanların şəxsiyyətini təsdiqləmək üçün DNT testinin nəticələrini gözləyirlər.
BAKU.WSOxşar xəbərlər
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Bu gün maestro Niyazinin doğum günüdür
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
17 gün Parisdə - Xəyalları alt-üst edən acı reallıqla üz-üzə - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq













