Danışılmış oyunlarda iştirak edən rusiyalı idmançıya üç il doqquz aylıq cəza verilib
Far.Az xəbər saytı

Danışılmış oyunlarda iştirak edən rusiyalı idmançıya üç il doqquz aylıq cəza verilib


Beynəlxalq Tennis Bütövlüyü Təşkilatı (ITIA) rusiyalı Alana Tuaevanı danışılmış oyunlarda iştirak etdiyinə görə üç il doqquz ay müddətinə diskvalifikasiya edib.

"Far.Az" xəbər verir ki, 26 yaşlı tennisçinin diskvalifikasiyası 19 dekabr 2025-ci ildən qüvvədədir və cəzası 2029-cu il sentyabrın 18-də başa çatacaq.

Rusiyalı idmançı ona qarşı irəli sürülən bütün ittihamları, o cümlədən 2023 və 2024-cü illərdə iki turnirdə oyunların danışılmasında iştirak etdiyinə görə qayda pozuntularını etiraf edib.

Alana Tuaeva 2025-ci ilin sentyabr ayında karyerasının ən yüksək dünya reytinqində 1282-ci yerə çatıb.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər