Rövşən Rzayev vətəndaşları qəbul edib
Far.Az xəbər saytı

Rövşən Rzayev vətəndaşları qəbul edib


Noyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun həll ediləcəyi bildirilib.

Müraciətlər əsasən, qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürüldüyü vətəndaşların diqqətinə çatdırılıb.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər